Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müaviniMerey Mukajan 18 noyabr 2025-ci il tarixində Ankarada Türk Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətiləkeçirilən mərasimdə iştirak edib.
Mərasimdə çıxış edən Merey Mukajan, son on beş ildəAkademiyanın Türk dünyasının ortaq tarixi, dili və mədəniirsinə dair elmi tədqiqatların irəlilədilməsində oynadığı mühüm rolu vurğulayıb. O qeyd edib ki, AkademiyaTÜRKSOY, TÜRKPA, Türk Mədəniyyəti və İrsi Fondu, Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palatası iləbirlikdə daha inteqrasiya olunmuş və dinamik Türk Dünyası Vizyonunun reallaşdırılmasına əhəmiyyətli töhfələr verir.
Baş katibin müavini bildirib ki, təhsil və elm sahəsindəəməkdaşlıq Türk Dünyası 2040 Vizyonunun əsasistiqamətlərindəndir. O, həmçinin Ortak Türk Əlifbasınınqəbul edilməsini yüksək qiymətləndirərək bu addımınqarşılıqlı anlaşmanı və mədəni birliyi daha da gücləndirəcəyini qeyd edib.
Merey Mukajan Akademiyanın peşəkar kollektivinə və qardaşqurumlara davamlı əməkdaşlığa görə təşəkkürünü bildirib vəAkademiyanın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mərasimdə həmçinin protokol nitqləri, təqdimatlar, panel iclası və Akademiyanın on beş illik fəaliyyətinə həsr edilmiş sərgi yer alıb.





