Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası Bakıda keçirildi

Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası Bakıda keçirildi

Türk Dövlətləri Təşkilatı (TDT) Ədliyyə Nazirləri Şurasının 2-ci iclası 20 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirildi.

İclasın ev sahibliyi Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fərid Əhmədov tərəfindən təşkil olundu. Toplantıda Qazaxıstan Respublikasının Ədliyyə Naziri cənab Yerlan Sarsembayev, Türkiyə Respublikasının Ədliyyə Naziri cənab Yılmaz Tunç, Özbəkistan Respublikasının Ədliyyə Naziri cənab Akbar Taşkulov, Qırğızıstan Respublikasının Ədliyyə Nazirinin müavini cənab İskəndər Sıdıgaliev və TDT-nin Baş katibi səfir Kubanıçbek Ömüraliyev iştirak etdilər.

Baş katib çıxışında TDT çərçivəsində ədliyyə və hüquq-mühafizə sahələrində həyata keçirilən müxtəlif əməkdaşlıq mexanizmlərinə toxunaraq, Ədliyyə Nazirlikləri arasında, xüsusilə mülki məsələlərdə hüquqi yardım və rəqəmsallaşma sahəsində əməkdaşlıq mexanizmlərinin qurulmasının əhəmiyyətini vurğuladı.

İştirakçılar ölkələrinin hüquq sistemləri və TDT-yə üzv dövlətləri ilə həyata keçirilən ikitərəfli əməkdaşlıqlar barədə məlumat təqdim etdilər və Ədliyyə Nazirlikləri arasında rəqəmsallaşma sahəsində təcrübə mübadiləsinin vacibliyini qeyd etdilər.

Toplantının sonunda TDT Ədliyyə Nazirləri 2-ci iclasının Ortak Bəyannaməsi imzalandı. Həmçinin qərara alındı ki, növbəti — 3-cü iclas 2026-cı ildə Türkiyə Respublikasında keçirilsin.