Baş katib Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşdü

Baş katib Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşdü

Türk Dövlətləri Təşkilatının Baş katibi səfir Kubanıçbek Ömüraliyev 20 noyabr 2025-ci il tarixində Bakıya rəsmi səfəri zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə nahar mərasimində bir araya gəldi.

Şeyxülislam tərəfindən TDT-nin Baş katibi şərəfinə verilən nahar mərasimində Azərbaycandakı dini icmaların nümayəndələri, eləcə də Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri iştirak etdilər.

Görüş zamanı iştirakçılar TDT-nin Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının gündəliyinə dair fikir mübadiləsi apararaq, TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr apardılar.