19 noyabr 2025-ci il tarixində Azərbaycanın Bakı şəhərində TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüraliyev,TDT-yə üzv və Müşahidəçi Dövlətlərin Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Prezidentlər Şuralarının iştirakı ilə keçirilən toplantıda çıxış edib.
TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüraliyev, çıxış nitqində TDT-nin humanitar sahədə fəaliyyətinin genişlənməsinin əhəmiyyətini vurğulayıb. O, 2024-cü ildə Bişkekdə imzalanmış Türk Qızıl Aypara Şəbəkəsinin yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edərək, bu sənədin türk dövlətləri arasında humanitar əməkdaşlıq sahəsində həmrəylik və birliyin simvolu olduğunu bildirib. O, həmçinin TDT-nin Mülki Müdafiə Mexanizmi üzrə Çoxtərəfli Sazişinə də toxunaraq, bu sazişin türk dövlətlərinin təbii fəlakətlər və fövqəladə hallara qarşı kollektiv cavab qabiliyyətini gücləndirməyi məqsəd qoyduğunu diqqətə çatdırıb.
Tədbirin iştirakçıları humanitar həmrəylik, qarşılıqlı yardım və türk xalqlarını uzun müddətdir birləşdirən mərhəmət ruhuna sadiqliklərini bir daha təsdiqləyiblər.








