TDT-nin Baş katibi BMT-nin Türkiyədəki Daimi Əlaqələndiricisi ilə görüşüb

TDT-nin Baş katibi BMT-nin Türkiyədəki Daimi Əlaqələndiricisi ilə görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, 11 noyabr 2025-ci il tarixində TDT Katibliyinin İstanbuldakı mənzil-qərargahında BMT-nin Türkiyədəki Daimi Əlaqələndiricisi Babatunde A. Ahonsi ilə görüşüb.

Görüş zamanı Baş katib Ömüralıyev TDT-nin son dövrdəki fəaliyyətləri, Üzv Dövlətlər arasında müxtəlif sahələrdə aparılan əməkdaşlıq və müxtəlif BMT qurumları və orqanları ilə mövcud əlaqələr barədə məlumat verib.

Müzakirələr davamlı inkişaf təşəbbüslərində əməkdaşlığın gücləndirilməsinə, xüsusilə Türk dünyasında sıfır tullantı təşəbbüsünün həyata keçirilməsinə yönəlmiş birgə səylərə fokuslanıb.

Hər iki tərəf regional və qlobal çağırışların öhdəsindən gəlmək məqsədilə institusional dialoq və koordinasiyanı dərinləşdirməyə hazır olduqlarını ifadə ediblər. Tərəflər bölgədə davamlı inkişafın və ortaq rifahın təşviqinə dair ortaq öhdəliklərini bir daha təsdiqləyiblər.