TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, Özbəkistana səfəri çərçivəsində Daşkənd Dövlət Şərqşünaslıq Universitetini (DDŞU) ziyarət edib.
Ziyarət zamanı Baş katib Ömüraliyev, DDŞU-nun rektoru Gulçəhrə Rixsiyeva ilə görüşüb. Görüşdə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və türk dövlətləri arasında akademik tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Hər iki tərəf türk dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və Türk Universitetləri Birliyi çərçivəsində Orxon Mübadilə Proqramı daxilində birgə layihə və proqramların artırılması barədə razılığa gəliblər.
Baş katib Ömüraliyev həmçinin “TDT çərçivəsində əməkdaşlığın inkişafının mövcud vəziyyəti və perspektivləri” mövzusunda mühazirə oxuyub və təhsil və mədəniyyət sahəsində əməkdaşlığın türk dövlətləri arasında əlaqələri daha da gücləndirməkdə mühüm rol oynadığını vurğulayıb.








