Türk Dövlətləri Təşkilatının Baş katibi CIMMYT-in Baş direktoru ilə görüşdü

Türk Dövlətləri Təşkilatının Baş katibi CIMMYT-in Baş direktoru ilə görüşdü

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi səfir Kubanıçbek Ömuralıyev, kənd təsərrüfatı tədqiqatları və innovasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini məqsəd qoyan Meksikaya işgüzar səfəri çərçivəsində, 2025-ci il noyabrın 5-də Beynəlxalq Qarğıdalı və Buğda Təkmilləşdirmə Mərkəzini (CIMMYT) ziyarət edərək, Baş direktor Dr. Bram Qovaerts ilə görüş keçirdi.

Görüş zamanı tərəflər kənd təsərrüfatında innovasiya, ərzaq təhlükəsizliyi və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər və Anlaşma Memorandumunun icrası üçün bir Yol Xəritəsinin hazırlanması, bununla da üzv dövlətlərə müəyyən olunmuş faydalar gətirəcək birgə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi barədə razılığa gəliblər.