TDT-nin Baş katibi, Meksika Xarici İşlər Nazirliyinin Afrika, Mərkəzi Asiya və Yaxın Şərq üzrə Baş Direktorluğunun rəhbəri ilə əməkdaşlıq perspektivlərini müzakirə etdi

TDT-nin Baş katibi, Meksika Xarici İşlər Nazirliyinin Afrika, Mərkəzi Asiya və Yaxın Şərq üzrə Baş Direktorluğunun rəhbəri ilə əməkdaşlıq perspektivlərini müzakirə etdi

Türk Dövlətləri Təşkilatının (TDT-nin) Baş katibi Kubanıçbek Ömüralıyev, Meksikaya işgüzar səfəri proqramı çərçivəsində 6 noyabr 2025-ci il tarixində Meksika Xarici İşlər Nazirliyinin Afrika, Mərkəzi Asiya və Yaxın Şərq üzrə Baş Direktorluğunun rəhbəri, Aníbal Gómez Toledo ilə görüş keçirdi.

Görüş zamanı tərəflər təhsil, mədəniyyət, turizm, gənclər, idman, innovasiya və mülki müdafiə sahələrində Meksika ilə TDT-nin üzv dövlətləri arasında əməkdaşlıq perspektivlərini müzakirə etdilər. Həmçinin, TDT Katibliyi ilə Meksika Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması və gələcək əməkdaşlığa əsas olacaq Anlaşma Memorandumunun hazırlanması imkanlarını müzakirə etdilər.