TDT-nin Baş katibi Kubanıçbek Omuraliev Meksikaya etdiyi işgüzar səfər çərçivəsində hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və diplomatik nümayəndələrlə yüksək səviyyəli görüşlər keçirib.
Səfərin əsas nəticələrindən biri kənd təsərrüfatı tədqiqatları, innovasiyalar və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə CIMMYT ilə Anlaşma Memorandumunun imzalanması olub.




