SƏDRLİK

Müddətli sədr
Türk Dövlətləri Təşkilatına sədrlik bir təqvim ili üçün Üzv Dövlət (ingilis əlifbası ilə müəyyən edilir) tərəfindən həyata keçirilir.

Dövrün Sədrliyini üzərinə götürən ölkə prezidenti Türk Dövlətləri Təşkilatının fəaliyyətdə olan sədri hesab edilir. (sədrlik üzrə müvafiq işi həmin ölkənin Xarici İşlər Nazirliyi həyata keçirir)
 
Hal-hazırda Təşkilata sədrlik 2025-ci ilin oktyabrında Qəbələdə keçirilmiş Zirvə Görüşü zamanı Qırğız Respublikasından Azərbaycan Respublikasına keçmişdir və 2026-cı ildə Türkiyədə keçiriləcək növbəti Zirvə Görüşünə qədər Azərbaycan tərəfindən icra olunacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşkilatın hazırkı sədridir. https://president.az/az


chairman