“Manas – 2025 Türk Dünyası Turizm Paytaxtı” Bağlanış mərasimi 17 dekabr 2025-ci il tarixində Qırğız Respublikasının Manas şəhərində təşkil olundu. Tədbirdə Manas Şəhər Bələdiyyə Başçısı hörmətli Ernisbek Ormokov, Ankara Vali Müavini hörmətli İzzettin Sevgili, Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibinin müavini Dr. Mirvohid Azimov və 200-dən çox qonaq iştirak etdi.
Mərasimdə çıxış edən Baş Katibin müavini Dr. Azimov, Türk Dünyası Turizm Paytaxtı statusu çərçivəsində mədəni, turistik və tanıtım fəaliyyətləri ilə zəngin bir ilin uğurla başa çatması münasibətilə Qırğızıstan rəsmilərini və Manas şəhərinin əhalisini təbrik etdi. Dr. Azimov, həmçinin 2025-ci il ərzində keçirilən tədbirlərin səmərəli və uğurlu şəkildə təşkil olunmasına, eləcə də göstərilən qonaqpərvərliyə görə Qırğız Respublikası Hökumətinə və yerli idarəetmə orqanlarına təşəkkürünü bildirdi.
Çıxışının sonunda Dr. Azimov 2026-cı il üçün Türk Dünyası Turizm Paytaxtı titulunun Ankaraya veriləcəyini açıqladı. O, Ankaranın zəngin tarixi irsi və müasir baxışı ilə bu təşəbbüsün nüfuzunu və təsirini daha da artıracağına inandığını vurğuladı.
Mərasim çərçivəsində Türk Dünyası Turizm Paytaxtının simvolik açarı Manasdan Ankaraya rəsmi şəkildə təhvil verildi.










