16 dekabr 2025-ci il tarixində Vaşinqton şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibi Kubanıçbek Ömüraliyev Vaşinqton şəhərində ABŞ Dövlət Katibinin müavini Pol Kapur ilə görüş keçirmişdir.
Görüş zamanı Baş Katib TDT-nin nəticəyönlü regional təşkilata çevrilməsini, siyasi, təhlükəsizlik, iqtisadi və texnoloji sahələrdə əməkdaşlığın genişlənməsini, habelə regional sabitliyin və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafında Təşkilatın rolunu vurğulamışdır.
ABŞ Dövlət Katibinin müavini Pol Kapur Prezident Donald Tramp administrasiyasının TDT regionu ilə əməkdaşlığın, xüsusilə investisiya və əlaqələndirmə sahələrində gücləndirilməsinə verdiyi əhəmiyyəti qeyd edərək Orta Asiya və Cənubi Qafqazın strateji önəminə diqqət çəkmişdir.
Tərəflər görüş çərçivəsində TDT–ABŞ əməkdaşlığının daha da gücləndirilməsi məqsədilə çoxmodal nəqliyyat əlaqələri, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə edərək mümkün istiqamətlər üzrə fikir mübadiləsi aparmışlar.







