Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə, qardaş Qazaxıstan xalqını və Hökumətini səmimi-qəlbdən təbrik edir, bu əlamətdar günün ölkənin suverenlik, inkişaf və tərəqqi yolundakı əzmkarlıq salnaməsini təcəssüm etdirdiyini vurğulamaqdan məmnunluq duyuruq.
Türk Dövlətləri Təşkilatının təsisçi üzvlərindən biri olan Qazaxıstan, Türk dünyasında birliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl və prinsipial mövqeyi ilə seçilir. Uzaqgörən liderlik sayəsində Təşkilatımız mühüm nailiyyətlər əldə etmiş, Türk Dünyasında həmrəylik daha da güclənmişdir.
Bu mənalı gün münasibətilə, Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan qardaş Qazaxıstan xalqına davamlı sülh, rifah və xoşbəxtlik diləyirəm.
Kubanıçbek Ömüraliyev
Türk Dövlətləri Təşkilatının Baş katibi






