Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibi, hörmətli səfir Kubanıçbek Ömürəliyev 15 dekabr 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarında akkreditə olunmuş TDT-yə üzv və müşahidəçi dövlətlərin səfirləri ilə görüş keçirmişdir. Görüşə TDT-nin Dövri Sədrliyi qismində Azərbaycan Respublikasının Vaşinqton, D.C.-dəki səfiri Xəzər İbrahim ev sahibliyi etmişdir.
Görüşdə Qazaxıstan Respublikasının ABŞ-dakı səfiri Maqjan İlyassov, Qırğız Respublikası ABŞ-dakı səfiri Aibek Moldoqaziyev, Özbəkistan Respublikasının ABŞ-dakı səfiri Furqat Sidikov, Macarıstanın ABŞ-dakı səfiri Szabolcs Takáç, Türkmənistanın ABŞ-dakı səfirliyinin müvəqqəti işlər vəkili Şöhrət Pirməhəmmədov, Türkiyə Respublikasının ABŞ-dakı səfirliyinin müvəqqəti işlər vəkili Murat Uğurluoğlu, eləcə də Şimali Kipr Türk Respublikasının nümayəndəsi Damla Güclü iştirak etmişdir.
Görüş zamanı Baş Katib Vaşinqtonda ABŞ tərəfinin aparıcı beyin mərkəzlərində təşkil olunan, nüfuzlu analitik mərkəzlərin ekspert və tədqiqatçılarının qatıldığı tədbirlərlə yanaşı, ABŞ rəsmiləri ilə həyata keçirilən təmasların TDT-yə artan marağı əks etdirdiyini bildirmişdir. Bu marağın Təşkilatın mərhələli institusional inkişafı, eləcə də bağlantısallıq, iqtisadi inteqrasiya, təhlükəsizlik və xalqlar arasında qarşılıqlı əlaqə sahələrində getdikcə genişlənən əməkdaşlıq sayəsində praqmatik və nəticəyönlü bir quruma çevrilməsi ilə bağlı olduğunu vurğulamışdır.