Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyasının açılış mərasimi Daşkənddə keçirilib

Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyasının açılış mərasimi Daşkənddə keçirilib

Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyasının açılış mərasimi 15 oktyabr 2025-ci il tarixində Daşkənddə keçirilib. Daşkənd Beynəlxalq Universitetinin (TIU) icraçı direktoru İskəndər Yulduşevin moderatorluğu ilə keçirilən tədbirdə Özbəkistan Respublikası Prezident Administrasiyasının Təhsil İslahatlarına Cavabdeh Müşaviri Hilala Umarova, Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov, Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibi, Səfir Kubanıçbek Omuraliyev və Türk Akademiyasının prezidenti Şahin Mustafayev çıxış ediblər.