15–16 oktyabr tarixlərində Daşkənd şəhərində keçirilən TÜRKÜNİB-in 8-ci Baş Assambleyası və “Alp Ər Tonqa (Əfrasiyab) nəsilləri – Qaraxanlılar: Qaraxanlılar dövründə Türk-İslam dünyası” mövzusunda Beynəlxalq Elmi Konfransın ardınca Türk Dövlətləri Təşkilatının Baş katibi, səfir cənab Kubanıçbek Ömüralıyev mətbuata açıqlamalar verib. O, bu görüşlərin nəticələri ilə yanaşı, həmçinin Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsinin əsas nəticələri də daxil olmaqla, Təşkilatın son dövrlərdəki fəaliyyətləri barədə mətbuat nümayəndələrinə məlumat verib.










