27 oktyabr 2025-ci il tarixində İstanbulda Türk Dövlətləri Təşkilatının Katibliyində Baş katib Kubanıçbek Ömürəliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ankara səfiri Said Thani Al Dhaheri ilə görüşüb.
Görüş zamanı tərəflər Təşkilatın cari gündəliyi və perspektiv planları barədə müzakirələr aparıb, həmçinin TDT ilə BƏƏ arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Tərəflər, həmçinin beynəlxalq siyasətin gündəmində yüksək yer tutan regional və qlobal inkişaflar barədə fikir mübadiləsi aparıblar.




