TDT Baş Katibi Vaşinqtonda Türk Dünyasının Gələcəyinə dair Görüşdə çıxış edib.

TDT Baş Katibi Vaşinqtonda Türk Dünyasının Gələcəyinə dair Görüşdə çıxış edib.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibi Kubanıçbek Ömüraliyev, 15 dekabr 2025-ci ildə Vaşinqtonda “Heritage Foundation” tərəfindən təşkil olunan “Orta Asiyadan Qara Dənizə Türk Dünyasının Gələcəyi” başlıqlı Görüşdə çıxış edib.

Tədbir çərçivəsində Amerika Birləşmiş Ştatlarının aparıcı təhlil mərkəzlərindən ekspertlər və tədqiqatçılarla fikir mübadiləsi aparılıb.

Baş Katib TDT-nin artan strateji əhəmiyyətinə diqqət çəkərək təşkilatın Orta Asiyadan Qara Dəniz və Aralıq dənizinə qədər geniş bir coğrafiyada dövlətləri birləşdirən, tam mənası ilə institusional və nəticəyönümlü bir hökumətlərarası təşkilata çevrildiyini vurğulayıb. Baş Katib İqtisadi inkişaf, əlaqələndirmə, təhlükəsizlik və xalqlararası qarşılıqlı əlaqə sahələrində genişlənən əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Müzakirə zamanı iştirakçılar, Türk bölgəsinə ABŞ siyasətçiləri və təhlil mərkəzləri tərəfindən artan maraq və TDT-nin qlobal məsələlərdə getdikcə güclənən roluna diqqət çəkərək, bu tendensiyanın Amerika tərəfindən analiz və siyasət qiymətləndirmələrində nəzərə alındığını bildiriblər.