Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev, “Yenidən quruluş: Köhnə düzəndən yeni reallıqlara” mövzusunda 31 Oktyabr 2025-ci il tarixində İstanbulda keçirilən 9-cu TRT World Forumunun açılış mərasimində iştirak etdi. Forum, Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğan’ın təşəbbüsü ilə həyata keçirildi.
Türkiyə Prezidenti tərəfindən açılışı edilən Forum, 35 fərqli ölkədən 132 tanınmış çıxışçı və 2 mindən artıq iştirakçının bir araya gəldiyi, qlobal problemlərə innovativ həllər axtarılan beynəlxalq bir platformaya çevrildi. Dünyada və regionumuzda baş verən mürəkkəb proseslər nəzərə alınaraq, forumda sülh, təhlükəsizlik və dəyişən qlobal düzən üzrə inklüziv dialoq mühiti yaradıldı.
Açılış sessiyasında Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğan qlobal dəyişikliklər kontekstində Türkiyənin dialoq və əməkdaşlıq vizyonunu əks etdirən açılış nitqi səsləndirdi.
Tədbirin çərçivəsində Baş katib Kubanıçbek Ömürəliyev həmkarları ilə görüşlər keçirdi və günün ikinci yarısında keçirilən tematik sessiyalarda iştirak etdi.







