Baş katib Meksikada TDT-yə üzv dövlətlərin diplomatik missiya rəhbərləri ilə görüşdü

Baş katib Meksikada TDT-yə üzv dövlətlərin diplomatik missiya rəhbərləri ilə görüşdü

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi səfir Kubernıçbek Omuraliev Meksikaya işgüzar səfəri çərçivəsində bu ölkədə akkreditə olunmuş TDT-yə üzv dövlətlərin diplomatik missiyalarının rəhbərləri ilə görüş keçirdi.

Azərbaycan səfirliyinin ev sahibliyi ilə təşkil olunan görüş Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi yollarının müzakirəsi, TDT-nin Meksikada tanıdılması və regional tərəfdaşlarla gələcək əməkdaşlıq imkanlarının araşdırılması üçün mühüm platforma rolunu oynadı.