13 Oktyabr 2025-ci il tarixində ABŞ, Türkiyə, Qatar və Misirin diplomatik səyləri nəticəsində əldə olunmuş atəşkəsdən sonra dünya liderlərinin iştirakı ilə keçirilən Şarm-Əş-Şeyx Sulh Zirvəsini məmnuniyyətlə qarşılayıram.
Ümid edirəm ki, bu atəşkəs Qəzzada davam edən düşmənçilik və əzabların daimi şəkildə sona çatmasına və humanitar yardımların dərhal və maneəsiz şəkildə Qəzzaya daxil olmasına imkan yaradacaq. Səmimi qəlbdən ümid edirəm ki, tərəflər bu dəyərli fürsəti gələcəkdə iki dövlətli həllin həyata keçirilməsi məqsədilə qiymətləndirəcək və bu, Fələstinlilərin və İsraililərin barış və təhlükəsizlik şəraitində yan-yana yaşamasını təmin edəcək.






