Xarici İşlər Nazirləri Şurasının (XİNŞ)12-ci iclası Qəbələ şəhərində keçirildi

Xarici İşlər Nazirləri Şurasının (XİNŞ)12-ci iclası  Qəbələ şəhərində keçirildi

Xarici İşlər Nazirləri Şurasının (XİNŞ)12-ci iclası 7 oktyabr 2025-ci il tarixində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvəsi çərçivəsində keçirildi.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ev sahibliyi etdiyi iclasa Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev, Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və TDT Baş Katibi Səfir Kubanıçbek Ömürəliyev qatıldı.