TDT Dövlәt Başçıları Şurasının 12-ci Zirvə Görüşü Azərbaycanın Qəbələ şəhərində keçirilib

TDT Dövlәt Başçıları Şurasının 12-ci Zirvə Görüşü Azərbaycanın Qəbələ şəhərində keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlәt Başçıları Şurasının 12-ci Zirvə Görüşü 7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Regional Sülh və Təhlükəsizlik” mövzusu çərçivəsində keçirilib.

Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Bununla yanaşı, TDT Ağsaqqallar Şurasının sədri və üzvləri, eləcə də Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri də toplantıda iştirak ediblər.