Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 18-ci iclası Bakı şəhərində keçirilib

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 18-ci iclası Bakı şəhərində keçirilib

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 18-ci iclası 3–4 noyabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib.

İclasda Ağsaqqallar Şurasının əvvəlki tövsiyələrinin icrası nəzərdən keçirilib, Ortak Türk Əlifbası, Ortak Türk Tarixi kimi mühüm təşəbbüslər müzakirə olunub, həmçinin TDT-nin Budapeşt Qeyri-rəsmi Zirvəsinin və Qəbələdə keçirilmiş 12-ci Zirvənin nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb.