Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə Nazirlərinin 2-ci iclası “Strateji tərəfdaşlıqdan Türk Dövlətlərinin texnoloji inteqrasiyasına” mövzusu ilə 2025-ci il oktyabrın 24-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib.
Üzv Dövlətlər, Yenilənmiş 2025–2026 Fəaliyyət Planı ilə Ortak Bəyannaməni qəbul edərək, Türk Dünyasında innovasiyanın inkişaf etdirilməsi, rəqəmsal transformasiyanın dəstəklənməsi və sənaye sahəsində əməkdaşlığın gücləndirilməsinə dair öhdəliklərini bir daha təsdiqlədilər.












