Türk Dövlətləri Təşkilatının Baş katibi TÜRKPA-nın Baş katibini qəbul edib

Türk Dövlətləri Təşkilatının Baş katibi TÜRKPA-nın Baş katibini qəbul edib

27 oktyabr 2025-ci il tarixində İstanbulda Türk Dövlətləri Təşkilatının Katibliyində keçirilən görüşdə TDT-nin Baş katibi Kubanıçbek Ömürəliyev, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənovu qəbul edib.

Görüş zamanı TDT-nin Baş katibi Kubanıçbek Ömürəliyev, Ramil Həsənovu TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə təbrik edərək, ona yeni vəzifəsində uğurlar arzulayıb.

TDT-nin Baş katibi Kubanıçbek Ömürəliyev və TÜRKPA-nın Baş katibi Ramil Həsənov, Təşkilat və onun əlaqəli qurumu olan TÜRKPA çərçivəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıb və Türk dövlətlərinin parlamentləri arasında münasibətlərin əhəmiyyətini vurğulayıblar.

Tərəflər həmçinin TÜRKPA-nın fəaliyyəti, TDT ilə TÜRKPA arasında daha səmərəli əməkdaşlıq, eləcə də Təşkilat çərçivəsində Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsi daxilində əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.